Yuxarı
    Bağlamaq

    Klinika “Şahdağ” futbol klubunu məhkəməyə verib

    Özəl klinika xidmət müqaviləsi üzrə pul barədə tələb irəli sürüb

    Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən “OKİ” özəl klinikası “Şahdağ” Futbol Klubu MMC-ni məhkəməyə verib.

    “Report”un məlumatına görə, klinika xidmət müqaviləsi üzrə pul barədə tələb irəli sürüb.

    2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib. Qərardan narazı qalan futbol klubu apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə “Şahdağ” klubunun apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

    “Şahdağ” klubunun prezidenti Ərəstun Niftəliyev “Report”a açıqlamasında məlumatı təsdiqləyib. Amma klub rəhbəri borcun nə qədər olduğunu açıqlamayıb.

    Qeyd edək ki, “Şahdağ” Futbol Klubu hazırda Azərbaycan futbol çempionatının I divizionunda çıxış edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi