Kiyevdə Saakaşvilinin rəhbərliyi altında yürüş keçirilib - VİDEO

Kiyevdə Saakaşvilinin rəhbərliyi altında yürüş keçirilib - VİDEO Yürüş iştirakçılarının əsas tələbi ölkə prezidentinin impiçmenti haqqında qanunun qəbul olunmasıdır
Hadisə
12 Noyabr , 2017 19:58
Kiyevdə Saakaşvilinin rəhbərliyi altında yürüş keçirilib - VİDEO
Report

Kiyev. 12 noyabr. REPORT.AZ/ Kiyevdə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin çağırışı ilə "Qəzəblilərin yürüşü" baş tutub.

"Report"un Ukrayna bürosu xəbər verir ki, 700 nəfərə yaxın şəxs Mixaylovski meydanına toplaşaraq Ali Rada qarşısında yerləşən Konstitusiya meydanına doğru hərəkət edib.

Yürüş iştirakçılarının əsas tələbi ölkə prezidenti və Antikorrupsiya Məhkəməsinin impiçmenti haqqında qanunun qəbul olunmasıdır.

"Yeni qüvvələr hərəkatı"nın nümayəndəsi İvan Slobodyanık Mixaylovski meydanına məhsul yarmarkasının təşkil olunmasını təxribat adlandırıb. Buna baxmayaraq dəstə bir araya gəlib və marşrut üzrə hərəkət edib.

Yürüş iştirakçılarına müxalifət nümayəndələri başçılıq edib, Saakaşvilinin özü isə aksiyaya həyat yoldaşı və oğlu ilə gəlib.

Son xəbərlər

Orphus sistemi