Kiyevdə iki azərbaycanlı böyük həcmdə narkotik satışına görə saxlanılıb

Kiyevdə iki azərbaycanlı böyük həcmdə narkotik satışına görə saxlanılıb Onlar narkotik maddələri 6,6 min dollara satmağa cəhd edərkən saxlanılıb
Hadisə
29 Dekabr , 2016 14:46
Kiyevdə iki azərbaycanlı böyük həcmdə narkotik satışına görə saxlanılıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Kiyevdə iki azərbaycanlı narkotik satışına görə Ukrayna hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

"Report" UNN-ə istinadən xəbər verir ki, onlar 120 qram heroin və 20 qram kokaini 6,6 min dollara satmağa cəhd edərkən cinayət başında yaxalanıblar.

Axtarış zamanı narkotacirlərdən pul, istifadəsi qadağan olunan preparatlar, o cümlədən metadon, eləcə də tapança və patronlara oxşar əşyalar müsadirə olunub.

Hazırda istintaq davam edir.

Son xəbərlər

Orphus sistemi