Kiyevdə azərbaycanlı tələbə kütləvi qarət ittihamı ilə həbs olunub

Kiyevdə azərbaycanlı tələbə kütləvi qarət ittihamı ilə həbs olunub Bakı. 2 avqust. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyev şəhərinin Solomenskiy rayon polisi Azərbaycan vətəndaşı, 1996-cı il təvəllüdlü Səfərov Daşqın Hacıağa oğlunu saxlayıb.
Hadisə
2 Avqust , 2018 15:35
Kiyevdə azərbaycanlı tələbə kütləvi qarət ittihamı ilə həbs olunub
0 : 00
0 : 00

Bakı. 2 avqust. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyev şəhərinin Solomenskiy rayon polisi Azərbaycan vətəndaşı, 1996-cı il təvəllüdlü Səfərov Daşqın Hacıağa oğlunu saxlayıb. 

"Report"un əldə etdiyi xəbərə görə, Kiyevdə universitetlərin birində tələbə olan D.Səfərov kütləvi qarətdə ittiham olunur. Belə ki, yerli hüquq-mühafizə orqanlarının iddiasına görə o, Kiyevdə kütləvi qarətlə məşğul olan dəstənin fəal üzvü olub.

Rayon məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Azərbaycanlı tələbə ittihamla razılaşmır, hüquqi yardıma ehtiyacı olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi