Keşlədə kişi üzündən bıçaqlandı

Keşlədə kişi üzündən bıçaqlandı Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
3 İyul , 2021 00:13
Keşlədə kişi üzündən bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Keşlə qəsəbəsində 1967-ci il təvəllüdlü Əhmədov Mirzə Şəmil oğlu qonşusu tərəfindən bıçaqlanıb.

O, təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ yanaq nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi