Kənd Təsərrüfatı Nazirliyi ləğv edilmiş bankı məhkəməyə verib

Kənd Təsərrüfatı Nazirliyi ləğv edilmiş bankı məhkəməyə verib 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianı təmin edib
Hadisə
12 Sentyabr , 2016 17:52
Kənd Təsərrüfatı Nazirliyi ləğv edilmiş bankı məhkəməyə verib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti lisenziyası ləğv edilmiş “Zaminbank” ASC-ni məhkəməyə verib.

"Report"un məlumatına görə, dövlət xidməti kredit və ona hesablanmış faizlərin ödənilməsi barədə tələb irəli sürüb.

2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianı təmin edib. Qərardan narazı qalan “Zaminbank” ASC apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib.

Son xəbərlər

Orphus sistemi