İxrac olunan məhsullardan əldə edilən 37,6 milyon dollardan artıq hissə Azərbaycana qaytarılıb

İxrac olunan məhsullardan əldə edilən 37,6 milyon dollardan artıq hissə Azərbaycana qaytarılıb Xəbər verildiyi kimi, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında
Hadisə
16 Dekabr , 2024 11:32
İxrac olunan məhsullardan əldə edilən 37,6 milyon dollardan artıq hissə Azərbaycana qaytarılıb

Xarici ölkələrə ixrac olunmuş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə edilən pul vəsaitlərinin 37,6 milyon ABŞ dollarından artıq hissəsi Azərbaycanın müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.

"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycana qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

"İndiyədək Şəmkir, Astara, İsmayıllı, Ağsu və Zəngilan rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə edilən pul vəsaitlərinin 37,6 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 63,9 milyon manatdan artıq) hissəsinin Azərbaycanda müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib", - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi