Kəlbəcərdə 27 ədəd əl qumbarası tapılıb

Kəlbəcərdə 27 ədəd əl qumbarası tapılıb Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Kəlbəcər rayonu Qozlukörpü kəndi ərazisindən 9 ədəd “F-1” əl qumbarası və partlayıcı başlıqlar aşkar olub. Bundan başqa rayonun Çələkdar kəndi ərazisində 16 ədəd “F-1” əl qumbarası, 2
Hadisə
12 Aprel , 2024 11:31
Kəlbəcərdə 27 ədəd əl qumbarası tapılıb

İşğaldan azad edilmiş Kəlbəcər rayonunda 27 ədəd əl qumbarası aşkarlanıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Kəlbəcər rayonu Qozlukörpü kəndi ərazisindən 9 ədəd “F-1” əl qumbarası və partladıcı başlıqlar aşkar olub.

Bundan başqa, rayonun Çələkdar kəndi ərazisində 16 ədəd “F-1” əl qumbarası, 2 ədəd partladıcı başlığı, 2 ədəd “M-75” əl qumbarası, 4 ədəd avtomat darağı və çoxlu sayda patron aşkar olunub.

Partlayıcı sursatlar təhlükəsizlik tədbirlər görülərək ərazidən götürülüb.

Son xəbərlər

Orphus sistemi