Xankəndidə avtomat və qumbaralar tapılıb

Xankəndidə avtomat və qumbaralar tapılıb Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 10-da Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 3 tüfəng, 4 qumbara, 4 alışdırıcı, 15 patron darağı, 860 ədəd müxtəlif çaplı patron, 7 süngü bıçaq, 3 rabitə vasitəsi və digər sursatlar aşkar olun
Hadisə
11 Aprel , 2024 09:55
Xankəndidə avtomat və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat və qumbaralar tapıblar.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 10-da Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 3 tüfəng, 4 qumbara, 4 alışdırıcı, 15 patron darağı, 860 ədəd müxtəlif çaplı patron, 7 süngü bıçaq, 3 rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.

Son xəbərlər

Orphus sistemi