Zəngilanda avtomobil qəzası olub, ölən və xəsarət alanlar var- YENİLƏNİB
- 05 noyabr, 2023
- 14:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Zəngilan ərazisində baş vermiş avtomobil qəzası nəticəsində xəsarət alanların adları məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, pikap tipli avtomobilin yük maşınınla toqquşması nəticəsində 45-50 yaşlarında kişi hadisə yerində dünyasını dəyişib.
Avtoqəzada, 1995-ci il təvəllüdlü Vüsal İsmayılzadə, Natiq Bayramov, Emin İbrahimov və daha bir nəfər xəsarət alıb.
Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
17:35
Zəngilan yolunda avtomobil qəzası olub, ölən və xəsarət alanlar var.
"Report"un Qərb bürosunun məlumatına görə, "UAZ" markal avtomobilin aşması nəticəsində 1 nəfər dünyasını dəyişib, daha 4 nəfər xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.