Keçmiş yeznəsini döyən şəxs 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Keçmiş yeznəsini döyən şəxs 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib Bakı. 22 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Elnur Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
22 Dekabr , 2017 10:52
Keçmiş yeznəsini döyən şəxs 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Elnur Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. E.Əliyev məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, E.Ə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib. O, Bakıda mübahisə zəminində keçmiş yeznəsini yumruqla vurub. Həmin şəxs bir gözündən ciddi xəsarət alıb.

E.Əliyevin barəsində həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi