Keçmiş prokurorluq əməkdaşı yenidən məhkəməyə müraciət edib

Keçmiş prokurorluq əməkdaşı yenidən məhkəməyə müraciət edib Bakı. 7 yanvar. REPORT.AZ/ Bakı Şəhər Prokurorluğunun dələduzluqda təqsirləndirilən sabiq əməkdaşı Samir Nəsirov barəsində tətbiq edilmiş şərti məhkum etmənin ləğv olunması və məhkumluğunun götürülməsinə dair məhkəmə qərarından kassasiya şikayəti verib.
Hadisə
7 Yanvar , 2019 17:51
Keçmiş prokurorluq əməkdaşı yenidən məhkəməyə müraciət edib
Report

Bakı. 7 yanvar. REPORT.AZ/ Bakı Şəhər Prokurorluğunun dələduzluqda təqsirləndirilən sabiq əməkdaşı Samir Nəsirov barəsində tətbiq edilmiş şərti məhkum etmənin ləğv olunması və məhkumluğunun götürülməsinə dair məhkəmə qərarından kassasiya şikayəti verib.

"Report"un xəbərinə görə, Ali Məhkəmədə keçiriləcək iclas yanvarın 9-na təyin edilib.

Şikayət hakim Əli Seyfəliyevnın sədrliyi ilə araşdırılacaq.

İttiham aktına əsasən, S.Nəsirov zərərçəkmiş şəxslərə, ümumilikdə, 150 min manatdan çox dələduzluq edib.

Xatırladaq ki, bir müddət öncə xidməti və icra intizamını, eləcə də Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərini kobud şəkildə pozduğuna görə Bakı şəhər Prokurorluğunun idarə prokuroru S.Nəsirov barəsində prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi S.Nəsirov barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Daha sonra prokurorluq kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə də qərarı dəyişməyib.

Qeyd edək ki, S.Nəsirov barəsində tətbiq edilmiş şərti məhkum etmənin ləğv olunması və məhkumluğunun götürülməsinə dair Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun müraciətini təmin etməyib. Həmçinin Bakı Apellyasiya Məhkəməsi də onun apellyasiya şikayətini təmin etməyib.

Son xəbərlər

Orphus sistemi