Keçmiş MTN-in şöbə rəisi Ali Məhkəməyə müraciət edib

Keçmiş MTN-in şöbə rəisi Ali Məhkəməyə müraciət edib Bakı. 26 fevral. REPORT.AZ/ Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin sabiq rəisi Vüsal Ələkbərov barəsində olan hökmdən kassasiya şikayəti verib.
Hadisə
26 Fevral , 2019 16:14
Keçmiş MTN-in şöbə rəisi Ali Məhkəməyə müraciət edib
Report

Bakı. 26 fevral. REPORT.AZ/ Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin sabiq rəisi Vüsal Ələkbərov barəsində olan hökmdən kassasiya şikayəti verib.

"Report"un xəbərinə görə, Ali Məhkəməyə müraciət edən V.Ələkbərov barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Ali Məhkəmədə keçiriləcək iclas martın 14-nə təyin edilib.

Kassasiya şikayəti hakim Fərhad Əliyevin icraatına verilib.

Qeyd edək ki, V.Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan V.Ələkbərov və zərərçəkmişlər apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, V.Ələkbərovun 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası 5 ilə endirilib

Son xəbərlər

Orphus sistemi