Keçmiş MTN generallarının məhkəməsində təqsirləndirilən şəxslər ifadə veriblər

Keçmiş MTN generallarının məhkəməsində təqsirləndirilən şəxslər ifadə veriblər Bakı. 11 yanvar. REPORT.AZ/ Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
11 Yanvar , 2018 14:52
Keçmiş MTN generallarının məhkəməsində təqsirləndirilən şəxslər ifadə veriblər
General Natavan Mirvətova / Report

Bakı. 11 yanvar. REPORT.AZ/ Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə Ağaisə Mahmudovun epizodu üzrə təqsirləndirilən Natiq Alıyev və Füzuli Əliyev ifadə veriblər.

Daha sonra qapalı epizod üzrə də dindirilmələr olub.

Prosesdə təqsirləndirilən Sübahir Qurbanovun vəkili Adil İsmayılov vəsatət qaldırıb. O, cinayət işində adı olan əlavə şahidlərin məhkəməyə gətirilməsini tələb edib.

Dövlət ittihamçısı vəsatətin müzakirəsi üçün məhkəmədən vaxt istəyib. Vəsatət növbəti iclasda müzakirə ediləcək.

Hazırda məhkəmə prosesində fasilə elan olunub.

Qeyd edək ki, MTN-in sabiq baş idarə və idarə rəisləri - Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov 2015-ci ildə həbs olunublar.

Son xəbərlər

Orphus sistemi