Yuxarı

Ləğv edilmiş MTN generalının villasında usta işləmiş qardaşların məhkəməsi davam etdirilib

Məhkəmənin növbəti prosesi mayın 19-na təyin olunub

Bakı. 11 may. REPORT.AZ/ Nərimanov Rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin həbsdə olan sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında usta işləyən və həbs edilən iki qardaş – Ramil və Vasif Aslanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

"Report" xəbər verir ki, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Samir Əliyevin barəsində məcburi gətirilmə ilə bağlı qərar çıxarılsa da, o, məhkəməyə gəlməyib. 

Vəkil Adəm Məmmədov bildirib ki, S.Əliyevin Türkiyəyə qaçdığı gümün olunur: "Bütün cinayət işi onun ifadəsindən ibarətdir. Nə şahid var, nə də başqa sübut. Ona görə də Dövlət Sərhəd Xidmətinə sorğu verilməsi və Samir Əliyevin harada olmasının müəyyənləşdirilməsi üçün vəsatət verdim”.

Məhkəmənin növbəti prosesi mayın 19-na təyin olunub.  

Qeyd edək ki, Ramil və Vasif Aslanov qardaşları barəsində Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə təqsirli bilinərək barələrində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi