​Keçmiş MTN əməkdaşlarının tutduğu şəxslərin məhkəməsinin vaxtı açıqlanıb

​Keçmiş MTN əməkdaşlarının tutduğu şəxslərin məhkəməsinin vaxtı açıqlanıb İşə hakim Rizvan Səfərovun sədrliyi ilə baxılacaq
Hadisə
16 May , 2016 10:39
​Keçmiş MTN əməkdaşlarının tutduğu şəxslərin məhkəməsinin vaxtı açıqlanıb

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycanda internet vasitəsilə qanunsuz olaraq bankların hesablarına girərək pul mənimsəməkdə təqsirləndirilən Fərid Şövqi oğlu Hadiyev, Yaşar Bayram oğlu Ələkbərov, Nair İlişayeviç İfraimov və Rinat İliç Aqarunovun barələrindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas mayın 18-nə təyin edilib.

İşə hakim Rizvan Səfərovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 2014-cü ildə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində kompüter sisteminə qanunsuz daxil olaraq həmin sistemdəki məlumatları ələ keçirməklə müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanması faktı aşkar edilib. Azərbaycan vətəndaşları F.Hadiyev, Y.Ələkbərov, N.İbrahimov, F.Bayramov, R.Aqarunov və Rusiya Federasiyasının vətəndaşı N.İfraimov şübhəli şəxs qismində tutulublar.

Ötən ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsində F.Hadıyev 10 il, Y.Ələkbərov və R.Aqarunov 9 il 6 ay, N.İbrahimov 6 il 6 ay, F.Bayramov və N.İfrahimov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin müdafiəçiləri məhkəmənin istintaqla aparılması barədə vəsatət verib. Lakin hakim vəsatəti təmin etməyib. Vəkillər həmin qərardan kassasiya şikayəti verib. Ali Məhkəmə isə kassasiya şikayətini təmin etməyib. İşə yenidən Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Son xəbərlər

Orphus sistemi