Bakıda keçmiş məhkumun evində külli miqdarda narkotik vasitə aşkarlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.
Belə ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 21 qrama yaxın, yaşadığı evdən isə 5 kq-dan artıq heroin aşkar edilərək götürülüb.