Ağcabədidə keçmiş məhkumun evindən 5 kq-dan çox narkotik vasitə aşkarlanıb

Ağcabədidə keçmiş məhkumun evindən 5 kq-dan çox narkotik vasitə aşkarlanıb Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
10 Dekabr , 2018 10:55
Ağcabədidə keçmiş məhkumun evindən 5 kq-dan çox narkotik vasitə aşkarlanıb
0 : 00
0 : 00

Ağcabədi. 10 dekabr. REPORT.AZ/ Ötən gün Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb. 

"Report"un yerli bürosu xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Asəf Qafarov saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə A.Qafarovun yaşadığı evdən isə daha çox - çəkisi 5 kiloqram 150 qram olan marixuana da polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. 

Son xəbərlər

Orphus sistemi