58 yaşlı keçmiş məhkumdan narkotik tərkibli dərmanlar aşkarlanıb

58 yaşlı keçmiş məhkumdan narkotik tərkibli dərmanlar aşkarlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
375
14 Yanvar , 2015 11:34
58 yaşlı keçmiş məhkumdan narkotik tərkibli dərmanlar aşkarlanıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Bakı sakinindən narkotik vasitə və qadağan edilən narkotik tərkibli dərmanlar aşkarlanıb.

Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsi Narkotiklə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1957-ci il təvəllüdlü Rafiq İsrafil oğlu Ağayevdən 655 qram heroin və dövriyyəsi məhdudlaşdırılan narkotik tərkibli 10 ədəd metadon dərman preparatı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi