Kürdəmirdə keçmiş məhkumun evindən qumbara, güllələr və narkotik maddə götürülüb - FOTO

Kürdəmirdə keçmiş məhkumun evindən qumbara, güllələr və narkotik maddə götürülüb - FOTO Kürdəmir. 15 yanvar. REPORT.AZ/ Kürdəmir rayonunda keçmiş məhkumun evindən qumbara, narkotik maddə, tapança və avtomat güllələri götürülüb.
Hadisə
15 Yanvar , 2019 13:18
Kürdəmirdə keçmiş məhkumun evindən qumbara, güllələr və narkotik maddə götürülüb - FOTO
Report
0 : 00
0 : 00

Kürdəmir. 15 yanvar. REPORT.AZ/ Kürdəmir rayonunda keçmiş məhkumun evindən qumbara, narkotik maddə, tapança və avtomat güllələri götürülüb. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, Kürdəmir rayon Polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 51 yaşlı Qalib Əliyusif oğlu Zərbaliyev şübhəli şəxs qismində saxlanılıb. 

Onun üzərində şəxsi axtarış zamanı 3,3 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyatın davamı olaraq Qalib Zərbaliyev qurudulmuş marixuana saxladığını bildirdiyi üçün yaşadığı evin həyətində öz razılığı ilə axtarış aparılıb, bu zaman 1 ədəd kibrit qutusunda saxladığı 8,1 qram çəkidə qurudulmuş marixuana, həmçinin yaşadığı evin zirzəmisindən 1 ədəd əl qumbarası, 1 ədəd 7,62 mm çapında, 1 ədəd 5,45 mm çapında avtomat güllələri, 1 ədəd 9 mm çapında tapança gülləsi aşkar edilərək götürülüb. 

Qeyd edək ki, Q.Zərbaliyev əvvələr də narkotik maddələrin kultivasiyası ilə məşğul olduğuna görə iki dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.     

Son xəbərlər

Orphus sistemi