Keçmiş məhkum narkotik satarkən saxlanılıb

Keçmiş məhkum narkotik satarkən saxlanılıb Keçmiş məhkum narkotik satarkən saxlanılıb.
Hadisə
164
21 Sentyabr , 2021 11:29
Keçmiş məhkum narkotik satarkən saxlanılıb

Keçmiş məhkum narkotik satarkən saxlanılıb.

Daxili İşlər Nazirliyin Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qasımov narkotik vasitə satarkən saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən 25 qram heroin, 6 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanıb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq M.Qasımovun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi