Keçmiş arvadını qətlə yetirən şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb

Keçmiş arvadını qətlə yetirən şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb Bakı. 26 noyabr. REPORT.AZ/ Keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən Mahir Bəyalıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
26 Noyabr , 2018 18:28
Keçmiş arvadını qətlə yetirən şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb

Bakı. 26 noyabr. REPORT.AZ/ Keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən Mahir Bəyalıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un məlumatına görə, M.Bəyalıyev barəsində toplanmış cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib, məhkəmənin hazırlıq iclası yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, qətl bu il Ağsu şəhərində qeydə alınıb. Şəhərin mərkəzində kirayədə yaşayan Samirə Bəyalıyevanın evinə gələn keçmiş əri, rayonun Hacıqədirli kənd sakini Mahir Bəyalıyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. Nəticədə xəstəxanaya yerləşdirilən S.Bəyalıyeva orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Bəyalıyev tutulub.

M.Bəyalıyev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi