Keçmiş arvadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Keçmiş arvadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeronda adam öldürməyə cəhddə təqsirləndirilən Mehdi Piriyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
24 Aprel , 2019 10:52
Keçmiş arvadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeronda adam öldürməyə cəhddə təqsirləndirilən Mehdi Piriyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 6-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Abşeron rayonunda baş verib. 1978-ci il təvəllüdlü M.Piriyev keçmiş həyat yoldaşı, 1981-ci il təvəllüdlü Məmmədova Ülviyyə Elxan qızının yaşadığı evə gələrək onu bir neçə nahiyədən bıçaqlayıb.

Xəstəxanaya çatdırılan Ü.Məmmədovanın həyatını xilas etmək mümkün olub. M.Piriyev könüllü olaraq polisə təslim olub.

Son xəbərlər

Orphus sistemi