Keçmiş arvadını öldürməyə cəhd edən şəxsin məhkəməsi başlayıb

Keçmiş arvadını öldürməyə cəhd edən şəxsin məhkəməsi başlayıb Bakı Ağır Cinayətlər Məhkəməsinə adam öldürməyə cəhddə təqsirləndirilən Zaur Rzayevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Hadisə
21 İyun , 2019 11:06
Keçmiş arvadını öldürməyə cəhd edən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsinə adam öldürməyə cəhddə təqsirləndirilən Zaur Rzayevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

"Report"in xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası iyunun 28-ə təyin edilib.

Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən "Stil" gözəllik salonunda baş verib. Nərimanov rayonu, Atatürk prospektində yaşayan, 1978-ci il təvəllüdlü Rzayeva Aynur Osman qızı keçmiş həyat yoldaşı, 1974-cü il təvəllüdlü Rzayev Zaur Ağahüseyn oğlu tərəfindən bıçaqlanıb. O, çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Prokurorluğunda başlanan cinayət işi üzrə Z. Rzayevə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi