​Keçmiş arvadını öldürməkdə təqsirləndirilən şəxsin həbs müddəti uzadılıb

​Keçmiş arvadını öldürməkdə təqsirləndirilən şəxsin həbs müddəti uzadılıb Onun barəsində həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb
Hadisə
3 Mart , 2016 13:00
​Keçmiş arvadını öldürməkdə təqsirləndirilən şəxsin həbs müddəti uzadılıb

Bakı. 3 mart. REPORT.AZ/ Nəsimi Rayon Məhkəməsində keçmiş arvadını öldürməkdə təqsirləndirilən Samir Əliyev barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bu barədə "Report"a S.Əliyevin vəkili Ceyhun Yusifov məlumat verib.

Vəkilin sözlərinə görə, S.Əliyev barəsində həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.

Qeyd edək ki, 2015-ci il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyiti tapılıb. Öldürülən qadının Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib. Üç uşaq anası olan 34 yaşlı N.Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. Qətldən bir neçə gün əvvəl - iyulun 26-da onun itkin düşməsi barədə yaxınları tərəfindən Xətai Rayon Polis İdarəsinə ərizə daxil olub. Meyit tapılandan bir neçə gün sonra N.Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis işçisi Samir Səməndər oğlu Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub.

S.Əliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülərək Nəsimi Rayon Məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra onun barəsində seçilmiş həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb.

Son xəbərlər

Orphus sistemi