Keçmiş arvadını öldürmək istəyən şəxsin ibtidai istintaqı başa çatıb

Keçmiş arvadını öldürmək istəyən şəxsin ibtidai istintaqı başa çatıb Abşeronda adam öldürməyə cəhddə təqsirləndirilən Mehdi Piriyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
9 Aprel , 2019 11:25
Keçmiş arvadını öldürmək istəyən şəxsin ibtidai istintaqı başa çatıb

Abşeronda adam öldürməyə cəhddə təqsirləndirilən Mehdi Piriyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, onların barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən il Abşeron rayonunda baş verib. 1978-ci il təvəllüdlü Piriyev Mehdi Sədaqət oğlu keçmiş həyat yoldaşı, 1981-ci il təvəllüdlü Məmmədova Ülviyyə Elxan qızının yaşadığı evə gələrək onu bir neçə nahiyədən bıçaqlayıb.

Xəstəxanaya çatdırılan Ü.Məmmədovanın həyatını xilas etmək mümkün olub. Hadisəni törədən M.Piriyev könüllü olaraq polisə təslim olub. Onun barəsində Cinayət Məəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi