Keçmiş arvadını öldürən şəxsə hökm oxunub

Keçmiş arvadını öldürən şəxsə hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını öldürməkdə təqsirləndirilən İlkin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
3 İyun , 2019 18:22
Keçmiş arvadını öldürən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını öldürməkdə təqsirləndirilən İlkin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, İ.Abdullayev 18 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında Bakının Xətai rayonunda baş verib. 24 yaşlı Səriyyə Abdullayeva yaşadığı evdə keçmiş həyat yoldaşı, 27 yaşlı İ.Abdullayev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Daha sonra İ.Abdullayev saxlanılıb.

Son xəbərlər

Orphus sistemi