Keçmiş arvadını gözəllik salonunda bıçaqlayan şəxsin istintaqı başa çatıb

Keçmiş arvadını gözəllik salonunda bıçaqlayan şəxsin istintaqı başa çatıb Bakıda keçmiş həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Zaur Rzayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
13 İyun , 2019 09:17
Keçmiş arvadını gözəllik salonunda bıçaqlayan şəxsin istintaqı başa çatıb

Bakıda keçmiş həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Zaur Rzayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Azad Məcidovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən "Stil" gözəllik salonunda baş verib. Nərimanov rayonu, Atatürk prospektində yaşayan, 1978-ci il təvəllüdlü Rzayeva Aynur Osman qızı keçmiş həyat yoldaşı, 1974-cü il təvəllüdlü Rzayev Zaur Ağahüseyn oğlu tərəfindən bıçaqlanıb. O, çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb və hadisəni törətməkdə şübhəli bilinən Z. Rzayev saxlanılıb.

Son xəbərlər

Orphus sistemi