Keçmiş arvadını bıçaqlayan Bakı sakininə hökm oxunub

Keçmiş arvadını bıçaqlayan Bakı sakininə hökm oxunub Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən məhkəmə yekunlaşıb
Hadisə
3 Fevral , 2016 11:28
Keçmiş arvadını bıçaqlayan Bakı sakininə hökm oxunub

Bakı. 3 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını bıçaqlamaqda təqsirləndirilən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Eyvaz Kərimovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Kərimov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə keçən il Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. 1978-ci il təvəllüdlü Eyvaz Kərimov keçmiş arvadı, 1980-ci il təvəllüdlü Ülkər Abdullayevanı qısqanclıq zəminində bıçaqlayıb.

Ülkər Abdullayeva xəstəxanaya yerləşdirilib və vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Cinayəti törədən E.Kərimov tutulub.

O, Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi