Keçən il Azərbaycanda qeydə alınan intihar hallarının sayı açıqlanıb

Hadisə
  • 26 yanvar, 2024
  • 06:45
Keçən il Azərbaycanda qeydə alınan intihar hallarının sayı açıqlanıb

Keçən il Azərbaycanda 620 intihar hadisəsi qeydə alınıb.

"Report"un məlumatına görə, bunu baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2022-ci ildə bu rəqəm 609 olub.

K.Əliyev qeyd edib ki, ötən il qeydə alınan intihar hallarının 180-i Bakı şəhərində, 440-ı isə rayonlarda baş verib.

Son xəbərlər

Bütün Xəbər Lenti