Karantini pozaraq cərimələnən sürücülərin sayı açıqlandı

Karantini pozaraq cərimələnən sürücülərin sayı açıqlandı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) öÖlkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 30.04.2020-ci il saat 00:00-dan 01.05.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayaıb.
Hadisə
494
1 May , 2020 10:18
Karantini pozaraq cərimələnən sürücülərin sayı açıqlandı
0 : 00
0 : 00

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) öÖlkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 30.04.2020-ci il saat 00:00-dan 01.05.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayaıb.

BDYPİ-dən "Report"a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 30.04.2020-ci il saat 00:00-dan 01.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 735 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 44 751 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Son xəbərlər

Orphus sistemi