Karantindən sonra fərdi avtomobillərdən istifadə ediləcəkmi?

Karantindən sonra fərdi avtomobillərdən istifadə ediləcəkmi? Xüsusi karantin rejimindən sonra nəqliyyatın hərəkət intensivliyinin azaldılması bütün dünyada olan problemlərdən biridir.
Hadisə
20 Aprel , 2020 11:26
Karantindən sonra fərdi avtomobillərdən istifadə ediləcəkmi?
Report
0 : 00
0 : 00

"Xüsusi karantin rejimindən sonra nəqliyyatın hərəkət intensivliyinin azaldılması bütün dünyada olan problemlərdən biridir".

"Report"un xəbərinə görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

"Bu gün nə qədər insan nəqliyyat vasitəsindən istifadə etmir. Ona görə də şəhərdə nəqliyyatın hərəkətində bir o qədər də sıxlıq yoxdur. Amma xüsusi karantin rejimi bitdikdən sonra kiməsə fərdi nəqliyyat vasitəsindən istifadə edilməsinə hər hansı məhdudiyyət tətbiq olunması qanunvericiliklə mümkün deyil. Xüsusi karantin rejimi artıq bitdikdən sonra istər-istəməz şəhərdə nəqliyyat sıxlığı yaşanacaq. Bunun qarşısının alınması üçün hardasa yol şəbəkəsi daha geniş istifadə olunmalıdır", - K.Əliyev bildirib.

Son xəbərlər

Orphus sistemi