Karantin qaydalarını pozan internet-klub aşkarlandı, sahibi və müştəriləri cərimələndi

Karantin qaydalarını pozan internet-klub aşkarlandı, sahibi və müştəriləri cərimələndi Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan internet-klub aşkarlanıb.
Hadisə
214
12 İyun , 2020 12:07
Karantin qaydalarını pozan internet-klub aşkarlandı, sahibi və müştəriləri cərimələndi

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan internet-klub aşkarlanıb.

"Report"un xəbərinə görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidməti və 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyunun 11-də Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində “Hooligans” internet klubunun sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə, 8 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin sahibi A.Bağırlı 1 500 manat, digərləri 100 manat cərimə olunublar.

Son xəbərlər

Orphus sistemi