Kanalda batan 15 yaşlı Beyləqan sakininin cəsədi tapılıb

Kanalda batan 15 yaşlı Beyləqan sakininin cəsədi tapılıb Hadisə rayonun Qaradağlı kəndi yaxınlığında baş verib
Hadisə
18 İyun , 2015 02:04
Kanalda batan 15 yaşlı Beyləqan sakininin cəsədi tapılıb

Bakı. 18 İyun. REPORT.AZ/ Beyləqanda kanalda batan 15 yaşlı gəncin cəsədi aşkarlanıb.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Beyləqan rayonunun Qaradağlı kənd sakini, 2000-ci il təvəllüdlü Kazımov Sirac Silyan oğlu üzə bilmədiyi halda kanala girib.

Nəticədə dünyasını dəyişən Sirac Kazımovun cəsədi batdığı yerdən 700 metr aralıda xilasedicilər tərəfindən tapılaraq çıxarılıb.

Meyit hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

Son xəbərlər

Orphus sistemi