"Kanal 13"ün direktoru apellyasiya şikayəti verib

"Kanal 13"ün direktoru apellyasiya şikayəti verib Bakı. 29 yanvar. REPORT.AZ/ Kanal 13 internet televiziyasının direktoru Əziz Orucov barəsində olan hökmdən apellyasiya şikayəti verilib.
Hadisə
29 Yanvar , 2018 15:36
Kanal 13ün direktoru apellyasiya şikayəti verib

Bakı. 29 yanvar. REPORT.AZ/ "Kanal 13" internet televiziyasının direktoru Əziz Orucov barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas fevralın 6-na təyin edilib.

Şikayətə hakim Əmir Bayramovun sədrliyi ilə baxılacaq.

Ə.Orucov barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, Ə.Orucov ötən il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb. İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi