Kanadada yaşayan azərbaycanlılar yeni cəmiyyət yaradıblar

Kanadada yaşayan azərbaycanlılar yeni cəmiyyət yaradıblar Kanadada yaşayan azərbaycanlılar “Azerbaijani Community of Ontario” adı altında fəaliyyət göstərəcək yeni cəmiyyət yaradıblar.
Hadisə
15 İyun , 2019 21:57
Kanadada yaşayan azərbaycanlılar yeni cəmiyyət yaradıblar

Kanadada yaşayan azərbaycanlılar “Azerbaijani Community of Ontario” adı altında fəaliyyət göstərəcək yeni cəmiyyət yaradıblar.

"Report" xəbər verir ki, cəmiyyətin əsas məqsədi Kanadada yaşayan bütün azərbaycanlıları bir araya yığmaq və mədəni dəyərlərin qorunması, azərbaycanlılarla kanadalılar arasında dostluq əlaqələrinin inkişafıdır.

Yeni cəmiyyət iyunun 9-da 28 May Azərbaycan Cumhuriyyətinin 101 illliyinə həsr olunan tədbirdə ictimaiyyətə təqdim olunub.

Tədbirdə iştirak edən qonaqlar arasında Kanadanın millət vəkilləri Roman Baber və Rachel Wilson da iştirak ediblər. Qonaqlar azərbaycanlıları “Respublika Günü” münasibətilə təbrik edərək yeni yaradılmış cəmiyyətə öz dəstəklərini bildiriblər.

Tədbirdə 450 nəfərdən çox azərbaycanlı iştirak edib.

Son xəbərlər

Orphus sistemi