Baş prokuror: Azərbaycanla Qazaxıstan arasında hüquq mühafizə orqanları arasında da əməkdaşlıq yüksək səviyyədədir

Baş prokuror: Azərbaycanla Qazaxıstan arasında hüquq mühafizə orqanları arasında da əməkdaşlıq yüksək səviyyədədir Bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Qazaxıstan Respublikasının Baş prokuroru Timur Taşınbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Hadisə
2 Oktyabr , 2024 11:31
Baş prokuror: Azərbaycanla Qazaxıstan arasında hüquq mühafizə orqanları arasında da əməkdaşlıq yüksək səviyyədədir

Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilməsi ölkələr və xalqların dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevrilib.

"Report" xəbər verir ki, bunu Baş prokuroru Kamran Əliyev Qazaxıstan Respublikasının Baş prokurorunun birinci müavini Timur Taşınbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.

Baş prokuror Kamran Əliyev bildirib ki, Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir və ölkələrin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir.

Qeyd edilib ki, dövlət başçıların sıx münasibətləri ölkələr arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.

Baş prokuror bütün sahələrdə olduğu kimi ölkələrin prokurorluq və hüquq mühafizə orqanları arasında da əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, hüquqi sahədə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror Kamran Əliyev, COP29 zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi - UNODC ilə birgə noyabrın 15-də “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil etdiyini bildirərək qonaqlara dəvət məktubunu təqdim edib.

Timur Taşınbayev səmimi qəbula görə minnətdarlığını ifadə edərək iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Son xəbərlər

Orphus sistemi