Kamran Əliyev: "Prokurorluq orqanlarında rəhbər vəzifələrdə 9 qadın işləyir"

Hadisə
  • 11 yanvar, 2023
  • 07:19
Kamran Əliyev: Prokurorluq orqanlarında rəhbər vəzifələrdə 9 qadın işləyir

“Hazırda prokurorluq orqanlarında rəhbər vəzifələrdə 9 qadın işləyir”.

“Report”un xəbərinə görə, bunu baş prokuror Kamran Əliyev prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində deyib.

Onun sözlərinə görə, prokurorluq orqanlarına müsabiqə yolu ilə qəbul edilmiş 85 qadın əməkdaş çalışır:

“Onlardan 56-sı 2002-2019-cu illər ərzində keçirilmiş 21 müsabiqə nəticəsində, 29-u isə 2020-2022-ci illər ərzində keçirilmiş müsabiqələr nəticəsində işə qəbul olunub. Ümumiyyətlə müsabiqə yolu ilə işə qəbul edilmiş şəxslərin 8,7 faizini qadınlar təşkil edir. Hazırda prokurorluq orqanlarında rəhbər vəzifədə 9 qadın işləyir. Onlardan 1-i idarə rəisi, 3-ü idarə rəisinin müavini, 1 şöbə rəisi, 1 Bakı şəhər prokurorunun böyük köməkçisi, 2 rayon prokuroru, 1-i isə rayon prokurorunun müavini vəzifəsində işləyir”.

Son xəbərlər

Bütün Xəbər Lenti