Kamran Əliyev paytaxtın Xətai rayonunda vətəndaşları qəbul edəcək

Kamran Əliyev paytaxtın Xətai rayonunda vətəndaşları qəbul edəcək Baş prokuror Kamran Əliyev avqustun 20-də saat 10:00-da Xətai rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə
Hadisə
15 Avqust , 2024 16:10
Kamran Əliyev paytaxtın Xətai rayonunda vətəndaşları qəbul edəcək
Kamran Əliyev

Baş prokuror Kamran Əliyev avqustun 20-də saat 10:00-da Xətai rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək.

Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki,Vətəndaşlar qəbulla bağlı Xətai rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook, X) vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi