Kamran Əliyev: "Bütün texnogen hadisələrin arxasında korrupsiya halının olmasını düşünmək düzgün deyil"

Kamran Əliyev: "Bütün texnogen hadisələrin arxasında korrupsiya halının olmasını düşünmək düzgün deyil" Bakı. 25 iyul. REPORT.AZ/ Bakının Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsi ilə bağlı məsələnin arxasında korrupsiyanın dayanması ilə bağlı bizdə məlumat yoxdur.
Hadisə
25 İyul , 2018 10:49
Kamran Əliyev: Bütün texnogen hadisələrin arxasında korrupsiya halının olmasını düşünmək düzgün deyil
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 25 iyul. REPORT.AZ/ "Bakının Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsi ilə bağlı məsələnin arxasında korrupsiyanın dayanması ilə bağlı bizdə məlumat yoxdur".

"Report" xəbər verir ki, bunu Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu ilin I yarımili ərzində görülən işlərə dair keçirilən mətbuat konfransında deyib.

K.Əliyev qeyd edib ki, əgər hansısa müvafiq qurumlar bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət daxil olsa müvafiq addımlar atılacaq. 

O əlavə edib ki, bütün ölkələrdə müxtəlif texnogen hadisələr müşahidə olunur və bunun arxasında hansısa korrupsiya halının olmasını düşünmək düzgün deyil. 

Son xəbərlər

Orphus sistemi