Yuxarı
    Bağlamaq

    Kamran Əliyev: “Bakı-Sumqayıt yolunda qanunsuz sərnişindaşımaya qarşı reydlər davam edir”

    Artıq belə hallara demək olar ki, rast gəlinmir

    Bakı. 20 may. REPORT.AZ/ “Bakı-Sumqayıt yolunda qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobuslarla bağlı reydlər davam edir. Artıq belə hallara demək olar ki, rast gəlinmir".

    “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

    K.Əliyev bildirib ki, nadir hallarda digər ərazilərdən çıxan və sifariş əsasında hərəkət edən sürücülərə rast gəlmək olar: "Sumqayıtdan Bakıya və əks istiqamətdə avtobuslar əsasən avtovağzallardan hərəkət edir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi