“İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı üzərimizə mühüm vəzifələr düşür”.
"Report" xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev "Real" televiziyasına müsahibəsində deyib.
K.Əliyev qeyd edib ki, bu sahədə prokurorluq orqanları, hərbi prokurorluq orqanları öz sözlərini deməlidirlər:
“Yəni təhlükəsizliyin bərpa olunmasında və təmin edilməsində yaxından iştirak etməlidirlər. Hesab edirəm ki, işğaldan azad edilən ərazilərdə aparılacaq quruculuq işlərində də prokurorluq orqanlarının yaxından iştirak etmək üçün potensial imkanları var. Biz bu imkanlardan istifadə edəcəyik”.
“Bildiyiniz kimi, işğaldan azad edilən rayonların prokurorluq orqanları müxtəlif ərazilərdə yerləşmişdi. Biz indi həmin prokurorluqların fəaliyyətinə yenidən baxmalı, onların funksional iş qabiliyyətlərini daha da gücləndirmək istiqamətində işləməliyik”, - K.Əliyev bildirib.