​“KamAZ” markalı avtomobili qaçırmaq istəyən şəxs tutulub

​“KamAZ” markalı avtomobili qaçırmaq istəyən şəxs tutulub Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
26 Dekabr , 2015 15:13
​“KamAZ” markalı avtomobili qaçırmaq istəyən şəxs tutulub

Bakı. 26 dekabr. REPORT.AZ/ Dekabrın 24-də Qaradağ rayonunun Səngəçal qəsəbəsindən Şirvan şəhər sakini Sabir Sultanova məxsus “KamAZ” markalı avtomobilin qaçırılmasına cəhd göstərilib. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Hadisəni törətməyə cəhd göstərən həmin şəxs S.Sultanov tərəfindən tutularaq polis əməkdaşlarına təhvil verilib. Onun Bakı şəhər sakini Taleh Axundov olması müəyyən edilib.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi