Kafedə tanımadığı şəxsi döyən Abşeron sakininin cəzası azaldılıb

Kafedə tanımadığı şəxsi döyən Abşeron sakininin cəzası azaldılıb Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Nuran Dostəliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Hadisə
11 May , 2019 11:54
Kafedə tanımadığı şəxsi döyən Abşeron sakininin cəzası azaldılıb

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Nuran Dostəliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Dostəliyevin apellyasiya şikayəti qismən təmin edilib.

Belə ki, onun 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.

İttihama görə, N.Dostəliyev Abşeron rayonu, Mehdiabad qəsəbəsi, "Qarabağ" şadlıq sarayının yaxınlığında olan "İkimərtəbə" kimi tanınan kafedə tanımadığı, sərxoş vəziyyətdə olan Elşən Babayevi mübahisə zəminində döyüb.

Kəllə-beyin tramvası ilə xəstəxanaya çatdırılan E.Babayevin həyatını xilas etmək mümkün olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Dostəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib. 

Son xəbərlər

Orphus sistemi