Yuxarı

Jurnalistlər binasından mənzil vədi verən baş redaktorun məhkəməsində 5 şahidin barəsində məcburi gətirilmə qərarı çıxarılıb

Jurnalistlər binasından mənzil vədi verən baş redaktorun məhkəməsində 5 şahidin barəsində məcburi gətirilmə qərarı çıxarılıb

Bakı. 6 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə 5 şahidin məhkəməyə gəlmədiyi elan olunub.

Məhkəmə onların barəsində məcburi gətirilmə barəsində qərar çıxarıb.

Məhkəmə prosesi martın 13-dək təxirə salınıb.

İttiham aktına əsasən, G.Hüseynov öz işçilərinin 264 min manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2-ci (iştirakçılığın növləri, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmədə şahid qismində dindirilən Sveta Qarayeva bildirib ki, həyat yoldaşı Bayram İsmayılov cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb: "Yoldaşım rəhmətə gedib. Gündüz Hüseynov ərimdən 33 min manat pul alıb. O, mərhum həyat yoldaşıma saxta jurnalist vəsiqəsi verib və jurnalistlərə tikilən mənzildən də ev alacağı vədini verib.

Digər şahid Xalidə İsmayılova ifadəsində söyləyib ki, o, "Zaman Press" qəzetində çalışıb, qəzetin rəhbəri G.Hüseynova 42 min manat pul verib: "Qəzetdə 6 ay çalışdım. Rəhmətlik anamın adından qəzetə yazılar verirdim. Anam məktəbdə dərs deyirdi. Gündüz Hüseynov mənə jurnalistlərə verilən mənzildən ev alacağı vədi verdi. Ona 42 min manat pul da verdim, lakin sözünə əməl etmədi".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi