​Jurnalistin deputat Elmira Axundovaya qarşı apellyasiya şikayətinə baxılıb

​Jurnalistin deputat Elmira Axundovaya qarşı apellyasiya şikayətinə baxılıb Birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb
Hadisə
4 Fevral , 2016 17:06
​Jurnalistin deputat Elmira Axundovaya qarşı apellyasiya şikayətinə baxılıb

Bakı. 4 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində jurnalist Feyruz Həşimovun Xətai Rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

"Report" xəbər verir ki, Milli Məclisin deputatı Elmira Axundova ilə çəkişmə məhkəməsinin sədri hakim Cəmilə Səfiyeva olub.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb. Jurnalistin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, ötən il Elmira Axundova F.Həşimovu bəzi kütləvi informasiya vasitələrində onun barəsində qərəzli və böhtan xarakterli materiallar yaymaqda günahlandıraraq məhkəməyə verib. Xətai Rayon Məhkəməsi F.Həşimovun yazdığı məqalə ilə əlaqədar təkzib verməsi və vurulmuş mənəvi ziyana görə ondan E.Axundovanın xeyrinə 5 min manat tutulması barədə qərar çıxarıb. Qərardan narazı qalan F.Həşimov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. 

Son xəbərlər

Orphus sistemi