​Jurnalist Rauf Mirqədirovun məhkəməsinin başlayacağı tarix açıqlanıb

​Jurnalist Rauf Mirqədirovun məhkəməsinin başlayacağı tarix açıqlanıb Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Əlisultan Osmanov sədrlik edəcək
Hadisə
22 Oktyabr , 2015 15:28
​Jurnalist Rauf Mirqədirovun məhkəməsinin başlayacağı tarix açıqlanıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə məhkəmənin başlayacağı tarix açıqlanıb.

“Report”un xəbərinə görə, R.Mirqədirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası noyabrın 4-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Əlisultan Osmanov sədrlik edəcək.

Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. 

Son xəbərlər

Orphus sistemi