Yuxarı

Jurnalist Rauf Mirqədirovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb

Hakim çıxış etmək üçün prokurora vaxt verib

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. 

“Report”un xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrlik etdiyi proses qapalı olub. 

Prosesdən sonra jurnalistlərə açıqlama verən R.Mirqədirovun vəkili Fuad Ağayev bildirib ki, iş üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Onun sözlərinə görə, hakim çıxış etmək üçün prokuror söz verib. Lakin dövlət ittihamçısı hazırlaşmaq üçün vaxt istəyib. Hakim onun istəyini qəbul edib və çıxışa hazırlaşması üçün vaxt verib.

Növbəti məhkəmə prosesi dekabrın 16-na təyin olunub. 

Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi