Jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib

Jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib Məhkəmə saat 14:00-da davam etdiriləcək
Hadisə
18 Noyabr , 2015 13:21
Jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

“Report”un xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrlik etdiyi proses qapalı şəraitdə baş tutub.

R.Mirqədirovun müdafiəçisi Fuad Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, bir neçə vəsatət qaldırıb. Vəsatətlərin heç biri təmin edilməyib: “Rauf Mirqədirov məhkəmədə sərbəst ifadə verib. Məndən iltizam aldıqları üçün Rauf Mirqədirovun verdiyi ifadə haqda məlumat verə bilmərəm”.

Məhkəmə prosesi saat 14:00-da davam etdiriləcək.

Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi