Bakı. 18 yanvar. REPORT.AZ/ Şirvan kanalının Göyçay rayonunun Bığır kəndindən keçən hissəsində üzərində zorakılıq əlamətləri görünməyən və qismən çürüməyə məruz qalmış 60-65 yaşlı kişi meyiti tapılıb.
“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları onun ötən il dekabrın 12-də itkin düşmüş İsmayıllı şəhər sakini Bəxtiyar Nəsirov olduğunu müəyyənləşdirib.
Qeyd edək ki, B.Nəsirov keçmiş polis zabitidir.